Sabah intensiv yağış yağacaq


İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb.

AFN.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeronda gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam isə yağıntıların bir qədər də güclənəcəyi ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22°, bəzi yerlərdə isə 25-28° isti təşkil edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu