"General Hospital"ın lisenziyası ləğv edildi
"General Hospital"ın lisenziyası ləğv edilib.
AFN.az xəbər verir ki, bu barədə Unikal.az məlumat yayıb. Bildirilir ki, bir müddət əvvəl mediada əksini tapan məlumatlarla bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) həmin özəl tibb müəssisəsində araşdırmalar aparıb.
Aşkarlanan nöqsanlardan sonra "General Hospital"ın lisenziyası İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilib. Həmin klinika artıq özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək.
Məlumatı İqtisadiyyat Nazirliyindən təsdiqləyiblər.

