Mark Rutte: İran heç bir şəkildə nüvə silahı potensialına malik olmamalıdır
NATO-nun Baş katibi Mark Rutte İranın nüvə silahı əldə etməsinin bütün dünya üçün təhdid yaradacağını müdafiə edərək, "İran heç bir şəkildə nüvə silahı potensialına malik olmamalıdır" deyib.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamalar verən Rutte danışıqlar çərçivəsində Ankarada keçiriləcək NATO Sammiti və Avropa ilə Kanadanın müdafiə xərclərinin artırılmasına yönəlmiş məsələləri müzakirə etdiklərini ifadə edib.
NATO ölkələrinin İranın nüvə silahına sahib olmaması mövzusunda ortaq mövqe nümayiş etdirdiyini vurğulayan Rutte İranın nüvə silahı əldə etməsinin bütün dünya üçün təhlükə yaradacağını diqqətə çatdırıb.
Rutte "İran heç bir şəkildə nüvə silahı potensialına malik olmamalıdır" qiymətləndirməsini edib.
Trampın NATO-ya sadiqliyini davam etdirdiyini bildirən Rutte ABŞ Prezidentinin müttəfiqlərdən müdafiə xərclərini artırmalarını gözlədiyini ifadə edib.
İspaniyanın da NATO tərəfindən müəyyən edilmiş müdafiə hədəflərini yerinə yetirmək öhdəliyi götürdüyünü bildirən Rutte Madrid rəhbərliyinin bu hədəflərə müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2,2 faizinə çatdıraraq nail ola biləcəyini qeyd etdiyini bildirib.
Bu yanaşma ilə razılaşmadığını dilə gətirən Rutte hədəflərə çatmaq üçün daha yüksək müdafiə xərclərinin zəruri olduğunu düşündüyünü, bu məsələdəki fikir ayrılığının isə ötən ildən bəri dəyişmədiyini söyləyib.
