Şəmkirdə yeniyetmənin meyiti tapıldı


Şəmkir rayonunda yeniyetmənin meyiti aşkar edilib.

Hadisə rayon ərazisində qeydə alınıb. 2012-ci il təvəllüdlü F.Rzayevin meyiti yaşadığı evin arxa hissəsində tapılıb.

Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, 14 yaşlı yeniyetmənin ölüm səbəbi hələlik tam müəyyənləşməyib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu