İTV əməkdaşlarının çəkiliş aparmasına mane oldular: Polis araşdırır - VİDEO


Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır.

AFN.az xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.

Qeyd edək ki, hadisə vaxtı bir neçə şəxs şadlıq evinin qarşısında çəkiliş edən İTV əməkdaşlarına hücum edib.

Xatırladaq ki, 17 yaşlı yeniyetmənin valideynləri polisə dəvət olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu