Bilgəhdə çimərlikdə meyit tapıldı


Sabunçu rayonunda çimərlikdə naməlum kişi meyiti tapılıb.

AFN.az xəbər verir ki, hadisə bu gün saat 01 radələrində Bilgəh qəsəbəsinin ərazisində yerləşən çimərlikdə baş verib.

Oradan 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.

Ölən şəxsin kimliyi hələlik bilinmir.

Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu