Pezeşkian: İslam ölkələri təhlükəsizlik üçün həmrəy olmalıdır


İran Prezidenti Məsud Pezeşkiyan islam dövlətlərini kollektiv təhlükəsizliyi və xarici təhdidlərdən müdafiəni təmin edəcək razılaşmalar əldə etməyə çağırıb.

AFN.az-ın yerli mediaya istinadən məlumatına görə, o, bu barədə Tehranda keçirilən 40-cı beynəlxalq islam birliyi konfransının açılışında çıxış edərkən bildirib. "İslam ümməti yalnız əməkdaşlıq və sıx birlik sayəsində müstəqilliyə və ləyaqətli həyata nail ola bilər" deyən Pezeşkiyanın sözlərinə görə, həqiqətə, ədalətə və qarşılıqlı məsuliyyətə əsaslanan birlik hazırda islam ölkələrinə ən çox lazım olan amildir.

İran dövlət başçısı vurğulayıb ki, heç bir islam ölkəsi digərinə qarşı təcavüz meydançasına çevrilməməlidir. O, həmçinin əlavə edib ki, İran ABŞ və İsrail tərəfindən ona qarşı başlanan müharibədə özünü müdafiə etmək üçün qanuni hüququndan istifadə edib, lakin bu, musulman qonşularına qarşı düşmənçilik mənasına gəlmir. Pezeşkiyan ölkəsinin zəif vəziyyətdə olmadığını və özünü necə qoruyacağını yaxşı bildiyini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu