Azərbaycan vətəndaşı Gürcüstanda itkin düşdü - FOTO


Azərbaycan vətəndaşı Hafiz Süleymanov Gürcüstanda itkin düşüb.

AFN.az APA-ya istinadla xəbər verir ki, bu barədə Acarıstanın “Batumelebi” nəşri yazıb.

Qohumu nəşrə bildirib ki, Hafiz Süleymanov quru sərhədlə Türkiyədən Gürcüstana keçib və avqustun 28-dən etibarən onunla əlaqə saxlamaq mümkün deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyindən “Batumelebi” nəşrinə bildirilib ki, itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı axtarış tədbirləri həyata keçirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu