Rusiyalı qadın turist Kiprin yunan hissəsində itkin düşüb


Rusiya vətəndaşı olan turist, 56 yaşlı Yekaterina Romanova mayın 26-da Kiprin yunan hissəsində itkin düşüb.



“Report” TASS-a istinadən xəbər verir ki, məlumat iyunun 1-də yerli polis idarəsi yayıb.

Rusiya vətəndaşı Kiprin Larnak şəhərində dincəlirmiş.

“Polis 2021-ci il mayın 29-dan itkin düşmüş sayılan Rusiya vətəndaşı, 56 yaşlı Yekaterina Romanovanın tapılmasına yardım etmək üçün informasiya əldə etməyə çalışır. O, mayın 29-da ölkəni tərk etməli imiş”, - polis bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu