Bakıda 15 yaşlı qız itkin düşüb


Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivi, nömrəsiz evdə yaşayan 15 yaşlı qız itkin düşüb.


Bu barədə onun anası Nailə Hüsyenova Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verib.

O bildirib ki, 2008-ci il təvəllüdlü övladı Hüseynova Gülnarə Mirəli qızı martın 22-də xəbərsiz itkin düşüb.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PB-də araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu