ABŞ polisi itkin düşən 12 yaşlı Mərtcanı axtarır


ABŞ-ın Lonq Aylend ştatının Farminqvil şəhərində yaşayan və iki gündür xəbər alınmayan 12 yaşlı Mərtcan Çakmak axtarılır.


AFN.az xəbər verir ki, 12 yaşlı türk oğlan Nyu-York şəhərində itkin düşüb. Polis hazırda onun axtarışlarını davam etdirir. "Pix11"-in xəbərinə görə, Suffolk əyalətinin polis komissarı Rodney Harrison keçirdiyi mətbuat konfransında Mərtcanın axtarışı ilə bağlı məlumat verib. Harrison, 12 yaşlı Mərtcanın fotoşəkilləri ilə birlikdə "İtkin Uşaq" reklamlarının Farmingville şəhəri və yaxın ərazilərə göndərildiyini və könüllülərin köməyi ilə paylanıldığını bildirib.

Fotonun hər yerdə yayılmasının vacibliyini vurğulayan Harrison, itkin düşənlərin tapılmasına kömək etmək üçün flayerlərin paylanmağa davam edəcəyini bildirib.

Mərtcan martın 13-ü axşam saatlarında evindən velosipedlə çıxdıqdan sonra geri qayıtmayıb və ailəsi yerli vaxtla saat 05:45-də Suffolk qəsəbə Polis İdarəsinə gedərək övladlarının itdiyini bildirib.

Mərtcanın tapılması üçün hərəkətə keçən polis, hip-hop fanatı Mərtcanın sonuncu dəfə Waverly Bulvardakı evindən çıxarkən görüldüyünü açıqlayıb.

Müstəntiqlər Mərtcanın şəhərin Bronks bölgəsinə getməyə çalışdığını düşünürlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu