Naftalanda 27 yaşlı qız 5 gündür itkin düşüb


Naftalan şəhərində 27 yaşlı qız itkin düşüb.



AFN.az DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Ucar rayon Küçəkənd kənd sakini, 1996-cı il təvəllüdlü Fatimə Quliyeva noyabrın 11-də Naftalanda yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli hicab və dini geyim olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin 050-664-94-00, 050-242-26-66 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu