BMT Baş Assambleyasının 81-ci sessiyası başladı



Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası Xəlilur Rəhmanın sədrliyi ilə açılıb. Hər il dünya liderlərini Nyu-Yorkda bir araya gətirən BMT Baş Assambleyasının 81-ci sessiyasının müzakirələri sentyabrın 22-də başlayacaq.

AFN.az xəbər verir ki, Banqladeşin xarici işlər naziri Xəlilur Rəhmanın iyunun 2-də sədr seçilməsi və bu səhər and içərək vəzifəsinin icrasına başlamasından sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının ilk iclası keçirilib.

Hörmət duruşu ilə başlayan toplantının açılışında çıxış edən Rəhman məsuliyyətlərini ən yaxşı şəkildə, ədalət, müstəqillik və dürüstlük prinsipləri ilə yerinə yetirəcəyinə söz verib.

Rəhman BMT-nin qarşısında ciddi problemlərin olduğunu qeyd edərək, “BMT bizdən gözlənilənləri çox vaxt qarşılaya bilməyib. Münaqişələr böyük insan iztirablarına səbəb olmaqda davam edir. İnkişaf sahəsində əldə olunan nailiyyətlər zəif və kövrək olaraq qalır. İqlim təsirləri güclənir. Bütün bu çətinliklər çoxtərəfliliyə olan inamı ciddi təzyiq altında qoyub”, - deyə bildirib.

Genişlənən etimad böhranının beynəlxalq qurumlara və kollektiv fəaliyyətə olan inamı sınağa çəkdiyini bildirən Rəhman “Bu boşluğu dialoq, yenilənmiş əməkdaşlıq və nəticəyönümlü fəaliyyət yolu ilə doldurmalıyıq. Əslində, etimad əldə etdiyimiz hər anlaşmanın, imzaladığımız hər razılaşmanın və qəbul etdiyimiz hər qərarın arxasındakı səssiz qüvvədir”, - ifadələrini işlədib.

Hər il dünya liderlərini ABŞ-ın Nyu-York şəhərində bir araya gətirən BMT Baş Assambleyasının 81-ci sessiyasının müzakirələri sentyabrın 22-də “Etimadı yenidən bərpa etmək, transformasiyanı idarə etmək: Hər kəs üçün nəticə verən BMT” mövzusu ilə başlayacaq.

Baş Assambleyada 190 ölkədən yüksək səviyyəli iştirakın təmin olunacağı gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu