İngiltərə Baş naziri: İki dövlətli həll yolu çökmək təhlükəsi ilə üz-üzədir



İngiltərə Baş naziri Endi Börnhem İsrail-Fələstin problemində iki dövlətli həll yolunun çökmək riskinin hər kəsi narahat etməli olduğunu bildirib. 

AFN.az xəbər verir ki, Börnhem İngiltərə Parlamentində həftəlik keçirilən “Baş nazirə suallar” sessiyasında deputatların suallarını cavablandırıb.

Əsas müxalifətdə olan Mühafizəkarlar Partiyasının lideri Kemi Badenoçun hərbi xərcləri artırmaq üçün sosial yardımların azaldılması təklifinə reaksiya verən Börnhem “Belə olarsa, insanları evsiz qoyarsınız” deyib.

Parlamentin üçüncü böyük qrupu olan Liberal Demokratların lideri Ed Davey isə sualında İngiltərənin dünən açıqladığı İsrail ilə ticarətə qadağanın çoxdan tətbiq edilməli olduğuna toxunub.

Börnhem qəbul edilən qərara parlamentdə göstərilən dəstəyə görə təşəkkür edib. İsrail-Fələstin problemində iki dövlətli həll yolunu müdafiə etmək üçün bu qərarı aldıqlarını qeyd edən Börnhem “İngiltərənin harada dayandığını göstərmək üçün bunu etdik” deyib.

Bölgədə iki dövlətli həll yolunun əhəmiyyətinə diqqət çəkən Börnhem “İki dövlətli həll yolunun çökmək riski Yaxın Şərq üzərində yaradacağı təsirlər nəzərə alındıqda hamımızı narahat etməli olan bir riskdir. Əsl risk iki dövlətli həll yolunun gözümüzün qarşısında ölməsi və bunun içində olduğumuz dünyada hərəkətə keçmək cəsarətini göstərməyimizi tələb etməsidir” deyə vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu