Pandalar ABŞ-a qayıdır: İki panda bir neçə günə Atlantaya çatacaq



Çin Dövlət Başçısı Si Cinpin ölkəsindən göndərilən iki pandanın bir neçə gün ərzində ABŞ-dakı zooparka çatacağını bildirib.

AFN.az xəbər verir ki, Si Ağ Evdə etdiyi açıqlamada Pin Pin və Fu Şuanq adlı pandaların bir neçə gün ərzində yeni yuvaları Atlantaya gələcəyini və Amerika xalqı ilə görüşəcəyini deyib.

Si pandaların ABŞ-a gətirilməsini yaxşı xəbər kimi qiymətləndirib və bunu çinlilər ilə amerikalılar arasındakı dostluğun nümunəsi adlandırıb.

Pandalar zoopark ilə Çin Vəhşi Təbiətin Mühafizəsi Assosiasiyası arasında imzalanan mühafizə anlaşması çərçivəsində göndərilir.

Pekin 2024-cü ildə Atlantadakı 4 pandanı geri qaytarıb. Panda borcvermə proqramı Pekin və Vaşinqton arasındakı gərginliklər fonunda bir müddət dayandırılmışdı.

Çin bu siyasətə ilk dəfə XX əsrin ortalarında, xüsusilə 1950-ci illərdə Sovet İttifaqı və digər müttəfiq ölkələrə dostluq jesti kimi panda hədiyyə etməklə başlayıb.

ABŞ ilə münasibətlərdə isə bu proses 1972-ci ildə ABŞ Prezidenti Riçard Niksonun Çinə tarixi səfəri ilə başlayıb.

Bu səfərdən sonra Pekin Vaşinqtondakı Milli Zooparka Lin-Lin və Sin-Sin adlı iki panda hədiyyə edib.

Bu addım iki ölkə arasında onilliklər boyu davam edən soyuqluğun aradan qaldırılmasında və diplomatik münasibətlərin normallaşmasında simvolik dönüş nöqtəsi olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu