Çin 20 ildən sonra ilk dəfə ABŞ-a panda icarəyə verəcək


Çinin 20 ildən artıq müddətdə ilk dəfə olaraq ABŞ-ın Kaliforniya ştatındakı San Dieqo zooparkına pandaları icarəyə verəcəyi bildirilir.



San Dieqo Zooparkının Vəhşi Təbiət Alyansının sözçüsü CNN-ə bildirib ki, zoopark ziyarətçilərinin yaxın gələcəkdə iki nəhəng pandası olacaq.

Sözçü pandaların zooparka gələcək tarixinin hələ müəyyən edilmədiyini bildirib və ümid edib ki, pandalar çox da uzaq olmayan bir tarixdə gətiriləcək.

Çin Vəhşi Təbiəti Qoruma Dərnəyinin sədri yerli mətbuata verdiyi açıqlamada pandaların tezliklə San Dieqo Heyvan Bağına göndəriləcəyi ilə bağlı məlumatı paylaşaraq, “Ölkə xaricində yaşayan nəhəng pandaların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi beynəlxalq əməkdaşlığın mühüm prinsipidir”. qiymətləndirməsini edib.

Çin və ABŞ arasında təxminən 52 il davam edən "panda diplomatiyası" 2000-ci il dekabrın 6-dan milli zooparkda icarəyə götürülən Mei Xiang və Tian Tianın 7 dekabr 2023-cü ildə ölkəni tərk etməsi ilə sona çatıb.

Çin “panda diplomatiyası” adlı proqram çərçivəsində pandaları 20-dən çox ölkəyə icarəyə verib.

Çin xalqının böyük rəğbətini qazanan pandalar uzun illərdir ki, digər ölkələrlə dostluğun möhkəmləndirilməsində, gərginlik yaşayan ölkələrlə buzların əriməsində və ölkənin imicinin möhkəmlənməsində böyük rol oynayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu