21 yaşlı sevimli panda Lin Hui həyatını itirib - FOTOLAR


2003-cü ildən Çianq May zooparkında yaşayan Taylandın məşhur pandası Lin Hui qəfil səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, məşhur pandanın ölümünə səbəbin son vaxtlar Çianq May şəhərində havanın çirklənməsi olduğu da iddia edilir. Uzaqlara dalan gözləri, oynaq davranışı və mehriban davranışı ilə hamının göz bəbəyinə çevrilən heyvanın ölümü çoxlarını sarsıdıb.

Chiang Mai Zooparkı səlahiyyətliləri tərəfindən edilən açıqlamada Lin Huinin ötən çərşənbə axşamı qəfildən xəstələndiyi və o vaxtdan bəri çinli baytarlarla birgə müalicə işlərinin aparıldığı, lakin bütün müdaxilələrin nəhəng pandanı xilas etmək üçün kifayət etmədiyi vurğulanıb.

Chiang Mai Zooparkının baytar həkimi Thewarat Vejmanus, Lin Huinin mütəmadi olaraq yoxlanıldığını və onun ötən çərşənbə axşamına qədər heç bir sağlamlıq probleminin olmadığını, ölüm səbəbinin təbii səbəblər olduğunu düşündüklərini deyib. Thewarat pandaların orta ömrünün 15-20 il, Lin Huinin ümumi ömrünün isə 21 il 7 ay olduğunu bildirib.
Ötən həftə Chiang Maidə 1700 nəfər Tailandın baş naziri Prayut Çan-o-Çaya qarşı havanın çirklənməsinə qarşı lazımi tədbirləri görmədiyi və əhalinin sağlamlığını təhlükə altına atdığı üçün məhkəməyə müraciət edib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu