Çin oyun şirkətinin rəhbəri şirkətin qurucusunu zəhərlədiyinə görə edam cəzasına məhkum edilib


Çinin məşhur oyun şirkətlərindən biri olan "Yoozoo Games"in keçmiş rəhbərlərindən biri olan Şu Yao şirkətin qurucusu Lin Qini zəhərlədiyi üçün edam cəzasına məhkum edilib.



Şanxay Birinci Ara Xalq Məhkəməsi tərəfindən verilən açıqlamada, Şu şirkətin qurucusu Lini 2020-ci ilin noyabrında aralarındakı iş mübahisəsinə görə zəhərlədiyi bildirilib.

Açıqlamada Şunun 2020-ci ilin sentyabr-dekabr aylarında şirkətin təsisçisindən başqa 4 həmkarını ofis içkilərinə zəhərli maddə qoyaraq zəhərlədiyi, lakin bu şəxslərin sağaldığı bildirilib.

Törətdiyi cinayətlərə görə məhkəmə Şu haqqında ölüm hökmü çıxarıb.

Polis Şunu 39 yaşlı Linin ölümündən 10 gün sonra saxlayıb.

Qeyd edək ki, "Yoozoo Games" məşhur "Game of Thrones" seriyasından ilhamlanaraq "Game of Thrones: Winter Is Coming" adlı onlayn oyun hazırlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu