Nigeriyada hamilə vəkili öldürən polisə edam cəzası verildi


Nigeriya məhkəməsi keçən il Milad günü hamilə vəkili güllələyib öldürən polis məmurunu ölüm cəzasına məhkum edib.



Laqos Ştat Ali Məhkəməsinin hakimi İbironke Harrison polis məmuru Drambi Vandini 25 dekabr 2022-ci ildə hamilə vəkil Bolanle Rəhimini güllələyib öldürməkdə təqsirli bilib və onu ölüm cəzasına məhkum edib.

Yanvar ayında məhkəmə əkizlərə hamilə olan Rəhimini yaxın məsafədən güllələməkdə təqsirləndirilən polis məmuru Vandini təqsirli bilib.

Vandi Rəhimiyə atəş açdığını inkar etsə də, dinləmə zamanı ifadə verən həmkarlarından biri onun güllə səsini eşitdiyini bildirib. Digər tərəfdən Vandinin qərardan şikayət etmək hüququ var.

Ölüm cəzasının ümumi olduğu Nigeriyada illərdir heç bir polis məmuru bu cəzaya məhkum edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu