Disney Epic Games-ə 1,5 milyard dollar sərmayə qoyacaq


Əyləncə sənayesinin ən böyük şirkətlərindən biri olan Walt Disney video oyun tərtibatçısı Epic Games-dən 1,5 milyard dollar dəyərində səhm alacağını açıqlayıb.



Disney tərəfindən verilən açıqlamada iki şirkətin Disney hekayələrinin və təcrübələrinin əhatə dairəsini daha da genişləndirəcək yeni bir oyun və əyləncə kainatı üzərində əməkdaşlıq edəcəyi ifadə edilib.

Açıqlamada Disneyin Epic Games-dən səhm almaq üçün 1,5 milyard dollar sərmayə qoyacağı bildirilib.

Bildirilib ki, Epic Games-in məşhur video oyunu Fortnite ilə əlaqəli böyük açıq oyun və əyləncə kainatı yaradacağı, sözügedən kainatın Fortnite və onun 100-dən çox oyunu ilə Disney hekayələrini və təcrübələrini birlikdə canlandıracaq.

İnvestisiya ilə bağlı qiymətləndirməsində Disney Baş İcraçı Direktoru Robert Iger bildirdi ki, bu, Disneyin indiyə qədər oyun dünyasına ən böyük girişini göstərir və şirkətin böyüməsi üçün əhəmiyyətli imkanlar təqdim edir.

Epic Games təsisçisi və baş direktoru Tim Sweeney də Disney və Fortnite icmalarını bir araya gətirəcək daimi, açıq və qarşılıqlı işləyə bilən ekosistem yaratmaq üçün tamamilə yeni bir şey üzərində əməkdaşlıq etdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu