"Alibaba Group" Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır


Çinin e-ticarət nəhəngi "Alibaba Group" yaxın gələcəkdə Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.


Bu haqda şirkətin rəhbəri Maykl Evans Ərdoğanla görüşdə deyib. Məlumatı şirkətin Türkiyə bölməsi yayıb. Lakin investisiyaların nə vaxt yatırılacağı açıqlanmır.

Evans həmçinin bildirib ki, "Alibaba" Türkiyənin ən məşhur e-ticarət platformalarından biri olan "Trendyol" bölməsi vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyub.

Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu