İrandan nüvə açıqlaması: Güzəşt etdiyimiz barədə iddialar doğru deyil
İranın bəzi media orqanlarında ölkənin nüvə məsələsində güzəştə getdiyi barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.
AFN.az xəbər verir ki, İran mətbuatında yayılan xəbərlərə görə, adının açıqlanmasını istəməyən iranlı rəsmi ölkəsinin nüvə məsələsində güzəştə getməyəcəyini deyib.
Sözügedən rəsmi ABŞ-ın Hörmüz boğazı məsələsində küncə sıxışdığı üçün diqqəti başqa istiqamətə çəkmək məqsədilə nüvə məsələsini gündəmə gətirdiyini bildirib və İranın nüvə məsələsində güzəştə getdiyi barədə iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Rəsmi sonda ölkəsinin nüvə məsələsində mövqeyinin dəyişmədiyini və bu mövzuda hər hansı danışıqların aparılmadığını qeyd edib.
