Baş nazir qaldırılan məsələlərin həllinə söz vermədi- Milli Məclis isə hesabatı qəbul etdi




Milli Məclis Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti haqqında hesabatı qənaətbəxş sayıb.

Modern.az xəbər verir ki, spiker Oqtay Əsədov bugünkü iclasda deyib ki, çıxış edən millət vəkillərinin hamısı Nazirlər Kabinetinin hesabatını qənaətbəxş hesab edir.

Baş nazir Novruz Məmmədov isə deyib ki, Nazirlər Kabinetinin hesabatı ilə deputatlar fikirlərini bildirib, görülən işləri dəyərləndirib, eyni zamanda iradlarını bildiriblər:

“Millət vəkillərinin təkliflərini nəzərə alınacaq. Yolumuz Azərbaycan dövlətçiliyinin əbədi olmasıdır. Bu yolu Heydər Əliyev miras qoyub. Prezident İlham Əliyev başda olmaqla, hər kəs bu yolda əlindən gələni etməlidir. Deputatların maraqlı təklifləri, tövsiyələri oldu. Qeyd edim ki, bir çox məsələlərlə bağıl Prezidentin tapşırığı ilə bağlı işlər görülür. Məsələn, problemli kreditlərlə bağlı Prezidentin sərəncamı oldu. Eyni zamanda, söz vermirəm ki, bütün qaldırılan məsələlər həll olunacaq. Ancaq məsələlərin həll olunmaısna çalışacağıq”.

Baş nazir onu da əlavə edib ki, parlamentin Azərbaycanın inkişafında xüsusi rolu var: “Qarşıdan gələn Novruz bayramı münasibəti ilə sizi təbrik edirəm”.

Daha sonra hesabat səsə qoyulub və qənaətbəxş sayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu