Əli Əsədov Milli Məclisdə hesabat verəcək
Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatı Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.
İclasda hökumət üzvləri də iştirak edəcək.
Qeyd edək ki, martın 16-da baş tutacaq iclasın gündəliyinə də bir məsələ daxil edilib. Bu da Nazirlər Kabinetinin 2020-ci il fəaliyyəti haqqında hesabatdır.