Azərbaycanlı həkimlər Avropa Nefroloji Dərnəyinə üzv qəbul olundu
Azərbaycan Nefroloqlar Cəmiyyəti bu günlərdə Avropa Nefroloji Dərnəyinin rəsmi üzvü statusunu qazanıb. Bu haqda cəmiyyətin sədri, Azərbaycan Tibb Univeritetinin Tədris Cərrahiyyə Klinikansının həkimi Barat Yusubov məlumat verib.
B.Yusubov qeyd edir ki, Azərbaycan Nefroloqlar cəmiyyəti 2018-ci ildə təsis olunub: «Yarandığı gündən ilk hədəfimiz cəmiyyətin Avropada akkreditasiya olunması idi. Altı illik fəlaiyyətimiz və səylərimiz nəticəsində buna nail olduq. Artıq Azərbaycan Nefroloqlar Cəmiyyəti rəsmən olaraq Avropa Nefroloji Dərnəyinin üzvü kimi təsdiqlənib”.
Rəsmi üzv statusunu qazanmaq üçün Azərbaycan Nefroloq Cəmiyyəti Avrop qurumunun qoyduğu yüksək standart və tələblərə uyğun fəlaiyyət göstərib. Avropa Nefroloji Dərnəyinə üzvlük azərbaycanlı mütəxəxsislər böyük imkan yaradır: Ən böyük üstünlük ondadır ki, bizim cəmiyyətin üzvləri avtomatik olaraq həm də Avropa Nefroloji Dərnəyin üzvləri sayılır. Bu, həkimlərimizin Avropada keçirilən elmi seminar və konqreslərə iştirakı, təcrübə mübdiləsi, yeni biliklərin qazanması baxımından böyük imkanlar təqdim edir. Üzvlüyün ən böyük üstünlüyü isə gənc həkimlərimizin Avropa Nefroloji Dərnəyinin təşkil etdiyi 6 aylıq və 1 illik təhsil proqramları, təlim və kurslarında iştirak hüququnun qazanmasıdır. Ən əsası, bundan sonra Avropa Nefroloji Dərnəyində Azərbaycanın da bayrağı asılacaq. Bu da bizim üçün çox qürurvericidir.”
Nefroloq Barat Yusubov bu işdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirir və cəmiyyət üzvlərinin növbəti uğurlara imza atacaqlarına inanır.