Səhiyyə Nazirliyinin sabiq baş nefroloqu koronavirusdan dünyasını dəyişib


Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri Mehman Ağayev vəfat edib.



APA-nın məlumatına görə, alim COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, M.Ağayev 2010-cu ildə Azərbaycan Pespublikasının “Əməkdar Həkimi” fəxri adına layiq görülüb. 2011-ci ildən 2019-cu ilədək Səhiyyə Nazirliyinin baş nefroloqu işləyib.

1993-cü ildə Bakı səhəri 2 saylı kliniki xəstəxanasında ixtisaslaşdırılmış Nefroloji və 2006-cı ildə Hemodializ şöbələrini açıb və onlara rəhbərlik edib.

2010-cu ildən eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu