VI Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyənin də stendi olacaq




27-29 sentyabr tarixlərində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgidə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və tanıtma müşavirliyi qardaş ölkə haqda kitablar, materiallar və digər vasitələrlə iştirak edəcək.



AFN-in xəbərinə görə, burada Türkiyəyə məxsus stend iştirakçılara təqdim olunacaq. Kitab sərgisinin ikinci günündə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kitabları ilə yanaşı, bir sıra başqa qurumların da nəşrləri nümayiş etdiriləcək. Sərgi-yarmarkada ilk olaraq Türkiyə səfirliyinin mədəniyyət və tanıtm müşaviri İrfan Çiftçi Türkiyə türkcəsindən başqa dillərə tərcümələri maddi baxımdan dəstəkləyən TEDA layihəsi haqqında məlumat verəcək. Eləcə də həmin gün mədəniyyət və tanıtım müşavirliyinin təşkilatçılığı ilə Azərbaycanın türkologiya və tarix sahəsində qabaqcıl alimlərinin iştirakı ilə “Qlobal dövrdə türk təfəkkürünün əsas qaynaqlarından necə bəhrələnməliyik?” mövzusunda müzakirələr keçiriləcək. Müzakirələrdə Əkbər N.Nəcəf, Nuridə Novruzova, Telman Nüsrətoğlu, Firdövsiyə Əhmədova çıxış edəcəklər. Tədbirin əsas çıxışçısı və moderatoru İrfan Çiftçi olacaq.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. Sərgi çərçivəsində tanınmış şair və yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu