“Mədəniyyət/Culture” jurnalının baş redaktoru “Nizami” xatirə nişanı ilə təltif olunub


Bakı Ekspo Mərkəzində keçirilən VIII Beynəlxalq Kitab Sərgisinin sonuncu günü Mədəniyyət Nazirliyinin “Xurşidbanu Natəvan” təqdimat zonasında iştirakçılara nazirlik tərəfindən təsis olunmuş müxtəlif nominasiyalar üzrə mükafatlar, xatirə nişanları və fəxri fərmanlar təqdim olunub.


AFN.az AZƏRTAC-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimində “Şuşa-270”, “Ən yaxşı stend, “Ən çox satılan kitab”, “Ən yaxşı nəşriyyat, “Ən maraqlı qonaq” və s. nominasiyalar üzrə təltiflər olub.

Mükafata layiq görülənlər sırasında sərgidə “Mədəniyyət/Culture” jurnalının 55 illik yubiley təqdimatı ilə çıxış edən nəşrin baş redaktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva da var. O, Nizami Gəncəvinin 880 illiyi münasibətilə təsis olunmuş “Nizami” xatirə nişanı ilə təltif olunub.

Xatirə nişanını təqdim edən nazirliyin şöbə müdiri Akif Maarifli Z.Əliyevanın mədəniyyət sahəsində dəyərli xidmətləri olduğunu, bu sahəyə bir ömür həsr etdiyini, eləcə də böyük nüfuz və uğurlar qazandığını vurğulayıb.

Zöhrə Əliyeva dahi Nizaminin adına təsis edilmiş bu xatirə nişanını daşıyacağına görə qürur duyduğunu qeyd edərək, Mədəniyyət Nazirliyinin rəhbərliyinə bu diqqət üçün minnətdarlığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu