Amerikalı alimdən Paşinyana sərt cavab - FOTO




“Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağın Ermənistandan ayrı hüquqi subyekt olduğunu bəyan etmisiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda xidmət edir?”

Bunu beynəlxalq münasibətlər sahəsində ekspert, Corctaun İnstitutunun professoru Brenda Şaffer Ermənistanın Baş nazirinin konfransdakı bəyanatını şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il özünün “Facebook” səhifəsində, Dağlıq Qarabağda xidmət edən oğlu Aşot və həyat yoldaşı Anna Akopyanla birlikdə şəklini paylaşmışdı. Şəklin altında o, “Artsax D.A. hərbçisi, sıravi Paşinyanla”, - deyə şərh yazmışdı.

Xatırladaq ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirilib. Ekspertlərin fikrincə, debatda Paşinyan tam fiaskoya uğrayıb, özünü və ölkəsini gülünc vəziyyətə salıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu