İqtisadçı-ekspert: “Azərbaycanda struktur islahatı aparmaq üçün...”




"Azərbaycanda Nazirlər Kabinetinin dinamik vəziyyətə gətirilməsinə ehtiyac var”.



Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-ekspert Nazim Bəydəmirli növbədənkənar parlament seçkisindən sonra Azərbaycanda gözlənilən struktur islahatlarından danışarkən deyib. Onun sözlərinə görə, islahat aparmaq üçün Gürcüstan təcrübəsindən faydalanmalıyıq:

"Azərbaycanda parlament seçkisinə kimi kadr islahatları ilə bağlı bir sıra addımlar atıldı. Parlamentin buraxılmasının bir səbəbi də məhz bu idi. İctimaiyyətə açıqlama verildi ki, parlament ölkədə aparılan bir sıra köklü islahatlarla ayaqlaşa bilmir. Bu mənada parlamentin yeniləşməsinə ehtiyac var. Ancaq özü-özünü buraxan parlament üzvləri yenidən deputat mandatı qazandı, həmçinin yeni seçilənlərin əksəriyyətinin geniş ictimaiyyətə tanış olmamasının şahidi olduq. İslahat aparmaq üçün Gürcüstan təcrübəsindən faydalanmalıyıq. Qonşu Gürcüstanın təcrübəsindən faydalansaq, görəcəyik ki, orada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi bir qurumda birləşib.

Eyni zamanda Qərb ölkələrinin Nazirlər Kabinetinin tərkibi dedikdə orada 15-16 nazirlik var. Baş nazirin müavinləri ayrıca vəzifə olaraq qiymətləndirilmir. Orada Baş nazirin iki müavini olur və onlar nazirlərin arasından ictimai əsaslarla seçilir. Azərbaycanda isə bu fərqlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu