Vladirmir Putin: “Rusiya heç kimlə müharibə aparmaq niyyətində deyil”




"Rusiya heç kimlə müharibə aparmaq niyyətində deyil, ölkə hakimiyyətinin də planları budur: elə bir şərait yaradılsın ki, heç kimin ağlına bizimlə vuruşmaq gəlməsin”.



Bunu Rusiya Prezidenti Vladimir Putin TASS-ın 2 mart bazar ertəsi günü yayımlanan müsahibəsində deyib.

Müsahibə zamanı Putin Rusiyanın müdafiə büdcəsinə görə dünyada ABŞ, Çin, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa və Yaponiyadan sonra yeddinci yerdə olduğunu xatırladıb.

"Donald mənə dedi ki, onlarda gələn il üçün başdöndürən hərbi büdcə qəbul edilib - 738 milyard dollar. Deyir, həddən artıq xərclərimiz var. Bunu etməyə məcburdur. O, ümumiyyətlə, dediyi görə tərksilah tərəfdarıdır", - Putin deyib.

Rusiya digər ölkələrdən fərqli olaraq, hər il hərbi xərcləri azaldır, ölkədə özünəməxsus hücum silahları sistemi yaradılıb. Putinin fikrincə, məhz elə buna görə başqa ölkələr həmişəkindən fərqli olaraq indi Rusiyanı geridə qoyur.

"Rusiya hipersəsli silahları dünyada strateji tarazlığı və sabitliyi qorumağa imkan verir ki, bu da təkcə bizim üçün deyil, həm də beynəlxalq təhlükəsizlik üçün də prinsipial əhəmiyyət daşıyır", - deyən prezident eyni zamanda, jurnalistin "əgər hipersəsli ov tüfəngini divardan asılmış görürürksə, ondan mütləq üçüncü, ya ikinci səhnədə o atəş açılacaq" sözləri ilə razılaşmadığını qeyd edib:

"Teatr üçün bu cümlə, hə, yəqin ki, düzgündür, amma təhlükəsizlik sahəsində, siyasətdə, real həyatda bir az fərqli qayda tətbiq olunur. Bəli, o, cəmi bir səhnədə asılı qalsa, əlbəttə, atəş açılacaq, yox, əgər eyni silah növbəti səhnədə də asılıbsa, onda onu qonşuluqda asan şəxsin istifadə etməsi ehtimalı çox azdır. Bu da gücün balanslaşdırılması adlanır". (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu