Putin Baydenlə "üzbəüz" görüşmək istədi, ABŞ prezidenti isə "məşğul olduğunu" dedi


Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşməyə hazır olduğunu açıqlayıb.


Bu barədə "Sputnik” məlumat yayıb.

"Baydenlə cümə və ya bazar ertəsi görüşməyə hazıram. İki ölkə əlaqələrini qorumalıdır”, - Putin bildirib.

C.Baydenin Putinlə bağlı fikirlərindən sonra Rusiya liderinin təklifi maraq doğurub.

"Prezident Baydeni mübahisəmizə davam etməsi üçün dəvət etmək istəyirəm. Ancaq həqiqətən, canlı olaraq etmək şərtilə. Hər hansı bir təxirəsalma olmadan, birbaşa açıq, üz-üzə müzakirədə... Rusiya xalqı, ABŞ xalqı və digər bir çox ölkə bu məsələ ilə maraqlanır”, - deyə Putin qeyd edib.

Ağ Ev isə təklifin cavabında bildirib ki, Birləşmiş Ştatlar rəhbəri məşğuldur: "Hələ heç nə demək olmaz. Sabah prezident (Cozef Bayden - red) məşğuldur”.

ABŞ rəhbərinin mətbuat katibi Cen Psaki qeyd edib ki, Ağ Ev hələ Rusiya Federasiyası prezidenti Vladimir Putinin amerikalı həmkarı Cozef Baydenlə mümkün gələcək söhbəti haqqında informasiyaya malik deyil, amma bildirir ki, Rusiya rəhbərliyi ilə əlaqələr davam edir. "Əgər biz bununla bağlı fikrimizi dəyişsək, mən sizə bildirəcəm", - Psaki ABŞ prezidentinin Rusiya liderinin danışıqla bağlı təklifini qəbul edəcəyi barədə suala cavabında deyib.

Baydenin mətbuat katibi xatırladıb ki, ABŞ rəhbəri artıq Rusiya prezidenti ilə söhbət edib: "Biz Rusiya lideri, Rusiya hökumətinin üzvləri ilə bütün səviyyələrdə əlaqələri dəstəkləyirik, amma mən sizə gələcək görüş (liderlərin görüşü-red) haqqında heç nə bildirə bilməyəcəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu