İcra başçısının birinci müavini və şöbə müdirinin ittiham olunduğu maddələr açıqlandı




Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimovun ittiham olunduğu maddələr açıqlanıb.



AFN Demokrat.az-a istinadən xəbər verir ki, Tacəddin Novruzov və Natiq Kərimovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov Baş prokuror yanında Korupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu