Sığınacaqda əziyyət verildiyi iddia edilən uşağın anasından ŞOK AÇIQLAMA/VİDEO


“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə “Sevgi” Uşaq Sığınacağında saxlanılan uşağın vəziyyətinin ağır olması ilə bağlı paylaşım etmişdi.


AFN.az-ın məlumatına görə, K.Ağazadə paylaşımında uşağın səhhəti ilə bağlı sığınacağı ittiham edərək, balacaya həm də burada əziyyət verildiyini bildirib.

Bu dəfə isə "Totu" ləqəbli balacanın anası və sığınacağın rəhbəri sosial şəbəkədə canlı yayım açaraq müxtəlif iddialara cavab veriblər.

Sığınacağın sədri bildirib ki, uşaq elə sığınacağa yerləşdirilərkən xəstə olub:

"Biz uşağı TƏBİB-in tabeliyində olan xəstəxanada dəfələrlə reanimasiyaya yatırmışıq. O, Nevrologiya xəstəxanasında qeydiyyatda olub. Yəni uşaq sığınacağa gətiriləndə də xəstə idi.

Balacanın anası isə onu tənqid edənlərə səslənib:

"Xoşqədəm Hidayətqızı və Kəmalə Ağazadə məni çox ittiham edirlər. Keçmişdə uşaqla qapılarına gələndə məni qovmuşdular. Amma Könül xanım bizə yol göstərib. İndi mənə görə Könül xanımı vurmaq istəyirsiniz, icazə vermərəm. Heç kəs məndən uşağımı ala bilməz. Övladım xəstə olanda mən tək başına idim onun yanında. Bunu hansı biri gördü? İndi Xoşqədəm deyir ki, o pis yola düşüb, buna görə də uşağını əlindən alacam. Xoşqədəm məni 3-4 gün geyindirib studiyasında oturtdu ki, uşağının yanına aparacam. Axırda da çıxardıb 10 manat pul verdi ki, get gör 2 manatlıq yer taparsan gecə qalmağa?".

Sözügedən videonu təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu