Goranboyda tikilən "Həzrəti Əli" məscidinin inşası niyə yarımçıq qalıb? - FOTOLAR




Bakı-Gürcüstan sərhəddi avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsi ərazisindəki məscidin tikintisi uzun illərdir ki, yarımçıq qalıb.



AFN xəbər verir ki, bu barədə tanınmış PR mütəxəssisi İlham Məmmədzadə bildirib. Onun sözlərinə görə, "Həzrəti Əli" məscidi adı ilə tikintisinə başlanılan məscidin inşasının hansı səbəbdən dayanması haqda məlumat yoxdur. İ.Məmmədzadənin sosial şəbəkədə verdiyi məlumat ciddi reaksiya doğurub. İstifadəçilərdən biri bildirib ki, məscidin tikintisini hansısa biznesmen könüllü başlayıb. Sonradan dövlət qurumlarının təzyiqləri nəticəsində həmin iş adamı prosesi yarımçıq saxlamalı olub.
AFN məsələ ilə bağlı Dini Qurumlarla İz üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb. Sorğunun cavabı təqdim ediləcək.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu