Primoryedə tapılan Uzaq Şərq bəbiri balaları ölüb - VİDEO


Primoryedə magistral yolun yaxınlığında anasız tapılan iki 1,5 aylıq Uzaq Şərq bəbiri balaları ölüb.


“Bəbirlər Yurdu” Milli Parkının sərhədlərindən bir qədər aralıda “Qırmızı kitab”a düşən iki vəhşi pişik balası tapılıb. Milli parkdan izah ediblər ki, yenicə yeriməyi öyrənən heyvanlar soyuqda və ya avtomobillərin təkərləri altında ölməsinlər deyə götürülüblər. İlk dəfədir ki, bəbirlər belə gənc yaşda vəhşi təbiətdən götürülməyə məcbur olur. Ehtimal ki, onlar yüksək qar örtüyünə görə analarından uzaqlaşıblar. Pişik balaları reabilitasiya mərkəzinə aparılıb. Baytarlıq müayinəsi xilas edilənlərin vəziyyətinin qənaətbəxş olduğunu göstərmişdi.

Həftə sonu pişiklərin vəziyyəti kəskin şəkildə pisləşib. Bu yaxınlarda karantin blokunda əylənsələr də, qəfil yeməyi dayandırıb hərəkətsiz qalıblar.

“Bəbirlər Yurdu” Milli Parkının nümayəndəsi “Reabilitasiya Mərkəzinin və Milli Parkın baytar həkimlərinin səyinə baxmayaraq, pişik balaları gecə saatlarında ölüb. Ölümün səbəbi, ehtimal ki, yoluxucu xəstəlik nəticəsində yaranan bədəndə geri dönməz təsirlər olub” - deyə açıqlama verib.

Milli parkdan bildirilib ki, vəhşi pişik balalarına bütün lazımi tibbi yardım göstərilib, dəstəkləyici terapiya aparılıb, onlara vitaminlər və xüsusi qidalar verilib. Onların vəziyyəti kəskin pisləşdikdən sonra onları reanimasiya etməyə çalışsalar da, onları xilas etmək mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu