Dünyanın ilk albinos oselo pişiyi tapıldı


Kolumbiyanın Amalfi bölgəsində dünyanın ilk albinos oselo pişiyinin kəşf edildiyi açıqlanıb.


AFN.az xəbər verir ki, alimlər pişiyə genetik testin tətbiqindən sonra bu qərara gəliblər. Ağ tükü və qırmızı gözləri ilə dünyanın yeganə albinos oselo pişiyinin genetik sınağından sonra onun növünün yeganə olduğu məlum olub.

Albinos pişiyin saxlandığı heyvanxananın verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb: “Bu, Kolumbiyada yaquar və pumadan sonra üçüncü ən böyük pişikdir. Bu oselo növünün ilk albinosudur".
Pişiklər fəsiləsinin Leopardus cinsinə aid olan Oselo Meksika, Cənubi Amerika və Mərkəzi Amerikada yaşayır. Cırtdan bəbirlər də adlandırılan bu pişiklər dünyanın ən vəhşi pişiklərindən biridir. Amalfi bölgəsində xəstə tapılan pişiyin cəmi 440 qram çəkisi olub. Oselo pişiyinin albinos olduğunu aydınlaşdıran Medellin mühafizə parkının genetik araşdırması olub. Ancaq albinos oselo pişiyi özünü kamuflyaj edə bilmədiyi üçün vəhşi təbiətdə yaşaya bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu