ABŞ nəzarətsiz miqrasiya səbəbindən terror hücumları ilə üzləşə bilər - XƏBƏRDARLIQ


ABŞ nəzarətsiz miqrasiya səbəbindən terror hücumları ilə üzləşə bilər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın istefada olan briqada generalı Blaine Holt bu istiqamətdə gözlənilən təhlükə barədə xəbərdarlıq edib.

“Ölkəmizdə terror aktları olacaq. Universitet şəhərciklərində baş verənlər (Qəzza zolağında münaqişə ilə bağlı etirazlar nəzərdə tutulur - red.) aysberqin görünən tərəfidir. Bu, açıq-aydın gələcək üçün təhdiddir" - deyə general qeyd edib.

General əlavə edib ki, nizamlanmayan miqrasiyaya görə terror təşkilatları və qruplaşmalarının üzvləri ABŞ-a daxil olur və bu səbəbdən də xarici münaqişələr ölkəyə "ötürülür".

Xatırladaq ki, mayın 5-də Nyu-Yorkda iki sinaqoq bomba təhlükəsi ilə bağlı xəbərlərə görə boşaldılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu