Hindistanda karxananın çökməsi nəticəsində 15 işçi həlak olub


Hindistanda “Remal” siklon fırtınası və özü ilə gətirdiyi leysan yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində çökən karxanada ilkin məlumatlara görə 15 işçi həyatını itirib.



The Indian Express-in xəbərinə görə, Hindistanın Mizoram əyalətində "Remal" qasırğası və güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Səlahiyyətlilər sürüşmə nəticəsində çökən karxanada ilkin axtarışların nəticələrinə görə 15 işçinin həyatını itirdiyini və çoxlu sayda işçinin isə itkin düşdüyünü bildirib.

Həyatını itirən 11 işçinin cəsədi tapılarkən, axtarış-xilasetmə işləri davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu