CNN: İsrail Rəfaha hücumda ABŞ istehsalı olan sursatdan istifadə edib


ABŞ-ın CNN telekanalı İsrailin Qəzza zolağının Rəfah şəhərində məcburi köçkün fələstinlilərin düşərgəsinə hücumunda ABŞ istehsalı olan sursatlardan istifadə etdiyini bildirib.


Telekanalın məlumatına görə, İsrailin Fələstin düşərgəsinə hücumu ilə bağlı sosial mediada paylaşılan görüntüləri silah mütəxəssisləri dəyərləndirib.

Mütəxəssislər görüntülərə əsasən, İsrailin hücumda ABŞ istehsalı olan GBU-39 kiçik ölçülü bombadan istifadə etdiyini və bölgədəki sursatların seriya nömrəsinin ABŞ-da istehsal olunan hissələrlə eyni olduğunu bildirib.

Partlayıcı silahlar üzrə mütəxəssis Kris Cobb-Smith, İsrailin ABŞ-a məxsus "Boeing" istehsalı bombalardan istifadə etdiyini deyib.

Keçmiş ABŞ hərbçisi və partlayıcı sursat zərərsizləşdirmə qrupunun üzvü Trevor Ball, bombanın digər sursatlardan fərqli xüsusiyyətləri olduğunu və onu quyruğundan asanlıqla aşkarlaya bildiyini bildirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq, İsrailin hücumunda ABŞ istehsalı olan bombadan istifadə edilib-edilmədiyi ilə bağlı suala belə cavab verib: “Hansı sursatdan istifadə edildiyini bilmirəm, bu barədə israillilərdən soruşmağı tövsiyə edirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu