Əlcəzair İsrailin Rafah hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasından təcili iclas tələb etdi


Əlcəzair İsrailin Rafahdakı çadır düşərgəsinə ən azı 45 nəfərin ölümü ilə nəticələnən hücumu ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasından təcili iclas tələb edib.



İsrailin Rəfahdakı çadır düşərgəsinə ən az 45 nəfərin ölümünə səbəb olan hücumuna reaksiyalar davam edərkən, məsələ ilə bağlı Əlcəzairdən yeni bir addım gəlib.

Əlcəzair İsrailin Rəfah hücumu ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasından təcili iclas tələb edib. BMT mənbələrindən əldə edilən məlumata görə, sabah keçirilməsi gözlənilən qapalı iclasda qərara səsvermənin keçirilməyəcəyi və iclasda hərtərəfli məsləhətləşmə aparılacağı öyrənilib.

Həmçinin bildirilib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) kommunikasiyalar üzrə direktoru Juliette Touma regiondakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına məlumat verəcək.

İsrailin Rəfahdakı çadır düşərgəsinə hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 45 nəfər həyatını itirib. İsrailin hücumuna dünyanın hər yerindən reaksiyalar gəlib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu