Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İsveçdə terror aktları təhlükəsi barədə xəbərdarlıq edib


Britaniya Xarici İşlər Nazirliyi İsveçlə bağlı vətəndaşlara verdiyi tövsiyələrdə terror aktları ehtimalını qeyd edib.


"Çox güman ki, terrorçular İsveçdə terror aktları törətməyə cəhd edəcəklər. Siz ictimai yerlərdə yüksək səviyyədə sayıq olmalısınız", - XİN-in tövsiyəsində deyilir.

Bundan əlavə, nümayişlərin İsveçdə də keçirilə biləcəyi və onların adətən dinc xarakter daşıdığı bildirilir.

"Lakin siz mümkün olduqca nümayişlərdən qaçın və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməlisiniz" - deyə Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu