Britaniya artan terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib
Təhlükəsizlik rəsmiləri Böyük Britaniya hökumətinə ölkədə terror təhlükəsinin kəskin artması ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Daily Mail yazıb.
Nəşrin məlumatına görə, Britaniya xüsusi xidmət orqanları ekstremist xarakterli bir çox söhbətlərə müdaxilə edir. Qeyd olunur ki, ölkədə koordinasiyalı terror aktı və ya tək terrorçunun iştirak etdiyi hücum real riskdir.
Məqalə müəllifi qeyd edib ki, Britaniya təhlükəsizlik rəsmiləri martın 10-da başlayan müsəlmanların müqəddəs Ramazan ayı ərzində terror fəaliyyətinin artmasından ehtiyat edirlər.
Kəşfiyyat agentlikləri Britaniya siyasətçilərini də xəbərdar edib ki, Qəzza zolağında eskalasiya ekstremistlər tərəfindən radikalları öz sıralarına cəlb etmək üçün bəhanə kimi istifadə olunur.