İsveçdə terror təhlükəsi ilə bağlı xəbərdarlıq edildi


İsveç hakimiyyəti ölkədə terror təhlükəsi səviyyəsinin artdığını təsdiqləyib. Bununla belə, rəsmi səviyyədə İraqdan olan miqrantların Stokholmun mərkəzində yenidən Quran səhifələrini yandırdıqları yeni aksiyaya icazə verilib.


İsveçin paytaxtı Stokholmda növbəti dəfə Quranın yandırılması aksiyası keçirilib. Onu İraqdan olan iki miqrant təşkil edib. Lakin onların bu hərəkəti kənardakılar arasında dəstək tapmayıb. "Euronews" xəbər verir ki, aksiyanı pozmağa cəhd edən narazılardan biri polis tərəfindən saxlanılıb.

Müqəddəs kitabın nümayişkaranə şəkildə təhqir olunduğu aksiyalar İslam ölkələrində etirazlara səbəb olur.

Polis və İsveç hökuməti terror qruplaşmalarının üzvlərinin hücumlara çağırışları ilə ölkədə təhlükəsizlik vəziyyətinin pisləşdiyini bildirib.

Böyük Britaniya və ABŞ rəsmiləri Skandinaviya ölkəsinə səfər etmək istəyən vətəndaşlarına artan terror təhlükəsi barədə xəbərdarlıq edir.

İsveçin ədliyyə naziri Qunnar Strömmer bildirib ki, polis sərhəd nəzarətini gücləndirir və İsveç ərazisinə daxil olanları daha diqqətlə yoxlayacaq.

İsveç rəsmiləri dəfələrlə Quranı təhqir edənlərin hərəkətlərini pisləyib, eyni zamanda ölkə xalqının konstitusiya ilə qorunan toplaşma və ifadə azadlığı hüququna malik olduğunu qeyd edib.

İsveç hökuməti həmçinin qanunvericiliyə nümayişçilərin bu cür hərəkətlərinin qarşısını alacaq düzəlişlər etmək imkanının nəzərdən keçirildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu