ABŞ-nin Türkiyədəki səfirliyi terror təhlükəsi ilə bağlı bəyanat yayıb


ABŞ-nin Türkiyədəki səfirliyi öz vətəndaşlarına müraciət edərək terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.


Bu barədə səfirliyin rəsmi saytında bildirilib.

Səfirlik terror təhlükəsini Avropada Quran kitabının yandırılması ilə əlaqələndirib.

“ABŞ Türkiyədəki vətəndaşlarını İstanbuldakı kilsələrə, sinaqoqlara və diplomatik nümayəndəliklərə qarşı mümkün hücumlar, gözlənilən terror hücumları barədə xəbərdarlıq edir”, - deyə Birləşmiş Ştatlar səfirliyinin məlumatında qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu