Azərbaycan səfirliyi Türkiyədəki terror cəhdini pislədi


“Hatayda xain terror cəhdini qətiyyətlə qınayırıq”.



“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin tvitter səhifəsində yazılıb.

“Hücumun qarşısını alan qəhrəman türk polisini təbrik edir, İskəndərun xalqına keçmiş olsun diləklərimizi çatdırırıq”, - bildirilib.

Xatırladaq ki, Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Hatay əyalətinin İskəndərun şəhərində terrora cəhd edən 2 nəfəri zərərsizləşdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu