İsveçin baş naziri: Bizi parçalamaq üçün anti-Quran aksiyası keçirilir


İsveçin baş naziri Ulf Kristersson ölkəsinin beynəlxalq mövqeyini pisləşdirmək üçün burada Quranın yandırıldığını deyib. "Bizi parçalamaq üçün Qurana zidd addımlar atılır" - deyə o qeyd edib.


Kristersson sosial media hesabında son günlər ölkədə Qurani-Kərimə qarşı artan hücumları dəyərləndirib.

İsveçdə Qurani-Kərimin yandırılmasının dövlət tərəfindən edildiyini göstərən qeyri-dəqiq məlumatların yayıldığını qeyd edən Kristersson, "Qurani-Kərimə edilən hücumlarla bağlı məsul orqanlarla dialoq çərçivəsində baş verənləri yaxından izləyirik. Bu aksiyaların dövlətlər tərəfindən dəstəkləndiyi deyilən müxtəlif dezinformasiya kampaniyalarına məruz qalırıq" - deyə bildirib.

İsveçin beynəlxalq mövqeyini pisləşdirmək üçün Quranın İsveçdə yandırıldığını iddia edən Kristersson yazısında bu ifadələrə yer verib: "Bizi parçalamaq üçün anti-Quran hərəkətləri həyata keçirilir. Son vaxtlar müqəddəs kitabların yandırılması bizim təhlükəsizlik siyasətimizi çətinləşdirən amillərlə üst-üstə düşür. Bu hadisələr ölkəmizə birbaşa zərər vurmaq çağırışları ilə yanaşı, ölkəmizin mövqeyini təhrif edir. Dezinformasiya kampaniyaları isə vəziyyəti daha da pisləşdirir. İsveç vətəndaşları və şirkətləri xaricdə və ölkə daxilində təhlükəsizliyi zəiflədir və bununla da terror hücumları riskini artırır."

İsveç Kəşfiyyat Xidmətinin (SEPO) bu gün verdiyi açıqlamada, müsəlman dünyasında son Quran yandırma təxribatlarının və etirazların Skandinaviya xalqının imicinə mənfi təsir göstərdiyi və ölkədə terror hücumu xəbərdarlığı səviyyəsinin yüksəldildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu