İƏT İsveçdə Qurani-Kərimin yandırılmasından sonra növbədənkənar iclas keçirəcək


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı fövqəladə toplantı keçirəcək.


İƏT-dən verilən yazılı açıqlamada, müddətli sədr Səudiyyə Ərəbistanının tələbi ilə İƏT Açıq İştirak Fövqəladə İcraiyyə Komitəsinin gələn həftə Ciddədəki qərargahında toplanacağı bildirilib.

İclasda Qurban bayramının ilk günündə İsveçdə Quranın yandırılmasının əks olunması ilə bağlı addımların müzakirə ediləcəyi, ortaq münasibət nümayiş etdirilməsinin hədəfləndiyi bildirilib.

İƏT-in bir müddət əvvəl verdiyi yazılı açıqlamada Qurani-Kərimin yandırılmasının nifrət və irqçiliyi alovlandıran bir hərəkət olduğu, xalqlar arasında qarşılıqlı hörmət və barışığa xələl gətirən, beynəlxalq səylərə zidd olan bu hərəkətlərin təhlükəsi olduğu qeyd edilib.

Qeyd edək ki, iyunun 28-də İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs dünən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu