İsveçdə bir iraqlı məscidin qarşısında Qurani-Kərimə hücum edib
İraq əsilli Salvan Nejem İsveçin paytaxtı Stokholmda Dini İşlər İdarəsinə bağlı Fittja Böyük Məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.
Son aylarda İsveçdə Qurani-Kərimə qarşı hücumlar təşkil edən Salvan Momika ilə birlikdə olan iraqlı Nejem bu dəfə hücumu tək həyata keçirib. Geniş polis mühafizəsi altında Fittja Ulu Məscidinin qarşısına gələn Nejem ətrafdakıların reaksiyasına baxmayaraq Qurani-Kərimi yerə ataraq onun üzərinə basıb.
Necem Quran nüsxələrini cırıb üstünə basdıqdan sonra bu nüsxələri yandırıb. Aksiyadan sonra Nejem zirehli polis maşını ilə hadisə yerini tərk edib.
Fittja Ulu Məscidi Dərnəyi Başçısı İsmail Okur etdiyi şərhdə, Nejemin hərəkətinə bu təxribat qarşısında 4 dildə xütbələr oxutmaqla və məsciddən kənarda Quran oxutmaqla cavab verəcəklərini söyləyib.