İsveç və Danimarkada Qurani-Kərimə hücumlar davam edir


Son zamanlar Qərbdə Qurana qarşı edilən çirkin hücumlara yeniləri də əlavə olunur.


AFN.az xəbər verir ki, polis Stokholm və Kopenhagendəki yeni təxribatlara tamaşaçı kimi qalıb.

Belə ki, İsveçin paytaxtı Stokholmda polisin himayəsində olan şəxs Qurani-Kərimə hücum edib.

İsveç polisi çirkin hücum zamanı ərazidə geniş təhlükəsizlik tədbirləri görüb.

Danimarkanın paytaxtı Kopenhagendə İslam əleyhdarı qruplaşma üzvləri Türkiyə, İraq, Misir, Səudiyyə Ərəbistanı və İranın Kopenhagendəki səfirlikləri qarşısında Qurana qarşı aksiyalar keçiriblər.

İslam əleyhinə pankart açıb şüarlar səsləndirən qrup aksiyanı sosial media hesabından canlı yayımlayıb.

Təxribatlar polis mühafizəsinin iştirakı ilə həyata keçirilib. Qrup həmçinin sosial media hesabında Qurani-Kərimə qarşı hücumlarını Danimarkanın hər yerində həyata keçirəcəklərini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu